Xətai rayonundakı seçki məntəqələri tam tərkibdə fəaliyyətə başlayıb
Xətai rayonunda seçicilərin səsverməsi üçün məntəqələr dekabrın 23-də tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb. SİA xəbər verir ki, seçicilər səhər saatlarından seçki məntəqələrinə gəlir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədlərə səs verirlər. Məntəqələrdə səsvermə tam mütəşəkkil qaydada keçir.
Ümumiyyətlə, rayon ərazisində dörd seçki dairəsi (33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 36 saylı Xətai dördüncü) və 147 məntəqə fəaliyyət göstərir. Dairənin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu seçki məntəqələri də vardır.
Xətai rayonunda məntəqələr üzrə 174 mindən çox səsvermə hüququna malik vətəndaş qeydiyyatdadır. Xətai bələdiyyəsi üzrə müxtəlif partiyaları təmsilən və ya öz təşəbbüsü ilə sənədlərini təqdim etmiş 122 namizəd qeydə alınıb.
Şəffaflığın təmin olunması məqsədilə dairənin əhatə etdiyi seçki məntəqələrində 40 veb-kamera quraşdırılıb.
Səsvermə prosesinin şəffaf keçirilməsi üçün seçki məntəqələrində bütün şərait yaradılıb. Məntəqələrin veb-kameralarla təmin olunması səsvermənin şəffaf keçməsindən xəbər verir.
36 saylı Xətai dördüncü seçki dairəsinin ərazisində 36 daimi seçki məntəqəsi fəaliyyət göstərir və 44 min 652 seçici var. Məntəqələrdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait təmin edilib. Bundan başqa, əlavə məntəqələr yaradılıb ki, burada da seçicilərin səs vermək imkanı var. Məntəqələrdə vətəndaşların rahat səs vermələri üçün lazımi bütün işlər həyata keçirilib.
Dairə seçki komissiyasının sədri Tahir Süleymanov AZƏRTAC-a bildirib ki, səhər saat 8.00-dan məntəqələrdə səsvermə başlanıb.
Dairədə bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlıq görülməsi səsvermənin şəffaf və mütəşəkkil keçməsinə imkan yaradır. Bu seçki dairəsi üzrə 300-dən çox yerli müşahidəçi qeydiyyatdan keçib. Hələlik dairə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə məlumat və şikayət daxil olmayıb. Vətəndaşların sərbəst şəkildə səs vermələri üçün məntəqələrdə bütün zəruri şərait yaradılıb. Dairənin əhatə etdiyi seçki məntəqələrinin 10-da veb-kamera yer alır.
Səsvermənin gedişində şəffaflığı təmin etmək üçün məntəqədə quraşdırılmış veb-kamera vasitəsilə müşahidəçilər prosesin gedişini aşkar şəkildə izləyə bilirlər. Seçkilərin gedişini fasiləsiz yerli müşahidəçilər izləyir. Seçkilər demokratik keçir, nəticələrə mənfi təsir göstərə biləcək amillər yoxdur. Seçici siyahıları ilə hər kəsin yaxından tanış olması üçün məntəqələrdə asılıb.
T.Süleymanov diqqətə çatdırıb ki, dairənin tərkibinə daxil olan 36 seçki məntəqəsi lazımi inventar və avadanlıqlarla tam təchiz olunub.
Seçki məntəqələrinin sədrlərinin verdikləri məlumatlara görə, seçkilərdə iştirak edən seçicilərin fəallığı çox yüksəkdir. Məntəqə seçki komissiyasının üzvləri hər bir seçicinin müraciətinə həssaslıqla yanaşır. Səsvermə prosesini izləyən müşahidəçilər hələlik heç bir qanun pozuntusuna rast gəlmədiklərini, seçkilərin şəffaf və beynəlxalq normalara uyğun keçirildiyini bildirirlər.
Seçicilər isə onlara öz seçimlərini sərbəst şəkildə ifadə etmələri üçün məntəqədə hər cür şəraitin yaradılmasından razılıqlarını ifadə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB