“Sağlam ailə-sağlam cəmiyyət”

“Sağlam ailə-sağlam cəmiyyət”

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Liman şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Sağlam ailə-sağlam cəmiyyət” adlı layihə çərçivəsində rayonun Şirinsu kəndində maarifləndirici tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, Liman şəhəri “Cümə” məscidi dini icmasının sədri Vidadi Qurbanzadə, Şirinsu kənd tam orta məktəbinin direktoru Xanlar Abasov və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxışlar zamanı cəmiyyətimizdə sağlam ailə modelinin qorunmasının vacibliyi vurğulanıb. Narkomaniya, erkən nikahlar və digər zərərli vərdişlərin ailə dəyərlərimizə təhlükə olduğu qeyd edilib. Gənclərimizin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının zəruriliyi ilə bağlı fikirlər diqqətə çatdırılıb.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə