Mədət Quliyev Moskvada Dmitri Manturov ilə görüşüb

Mədət Quliyev Moskvada Dmitri Manturov ilə görüşüb

Dünən Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev Moskvada Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Dmitri Manturov ilə görüşüb. Müdafiə Sənayesi Nazirliyinin saytında yer alan məlumatda deyilir ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə