Son vaxtlar yağışdan sonra göbələk kimi çıxan "jurnalistlərin" peyda olmasını görüb, öz-özümə fikirləşirəm ki, bu, nə olan şeydir, məgər jurnalist olmaq bu qədər asandır? Biz jurnalist olmamışıq? Bu yolu müəllimlərimiz Mir Cəlal, Bəxtiyar Vahabzadə, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nəriman Zeynalov, Nurəddin Babayev, Cahangir Məmmədli, Mahmud Mahmudov və Yalçın Əlizadə kimi dəyərli qələm sahiblərindən öyrənə-öyrənə vicdanlı jurnalist yolu keçmişik. Ancaq bu gün Xədicə kimi əxlaqsız, mənəviyyatsız satqınların, əlinə "qələm" götürüb, özünü "araşdırıcı jurnalist" sayır. Xədicə kimi erməni xislətlidən nə gözləmək olar? Bu əxlaqsız hələ də anlamır ki, yaxşı jurnalist olmaq təkcə yazmaq qabiliyyəti tələb etmir. Əgər belə olsa idi, Lev Tolstoy, Ernest Hemenquey, Cek London... kimilər dünyanın ən yaxşı jurnalistləri olardılar. Bu dahilər belə demək mümkünsə, söz sehrbazları, hər bir oxucunun qəlbinə yol tapmağı bacaran yazıçılar idi. Onların işi yazmaq idi. Öz fikirlərini, ictimaiyyətdə oyatmaq istədikləri arzu və istəkləri, təbliğat məqsədli fikirlərini kağız üzərinə köçürürdülər. Amma əsas məqam odur ki, jurnalist düzgün nəticə çıxarmaq üçün baş verənlərə obyektiv, vicdanlı, qərəzsiz yanaşmalı, operativ olmalıdır. Təəssüf... Özünü "əsl", özü də "araşdırıcı jurnalist" adlandıran Xədicə İsmayıl kimiləri görəndə, od tutub yanırsan. Məgər Xədicə kimi qrant dəllalları vicdan, düzgünlük və müqəddəsliyin nə demək olduğunu bilirmi?
Dahi yazıçımız Cəlil Məmmədquluzadə demişdir: "Qələmin müqəddəs borcu xalqa xidmət etməkdir"
Xədicə kimi başdan-ayağa çirkaba bulaşmış nə jurnalist kimi jurnalist, nə də azərbaycanlı kimi azərbaycanlı olan, ermənilərin maraqlarına xidmət edən satqın donqarı çıxmış "zurnalist"dir ki, bu donqarın içində yalnız və yalnız xəyanətlər var.
Budur X.İsmayılın jurnalistika adını ləkələməsi. Qrantları bahalı "CİP"lərə çevirən X.İsmayıl kimilərin özünü "jurnalist" adlandırması, bir jurnalist kimi məni göynədir. Çünki "qrant" Xədicə xaricdən pul alıb, hakimiyyətə qarşı çirkin kampaniyaların təbliğatçısı özünü "vicdanlı insan" saysa da, bu, dəvəquşunun başını kolda gizlətməsinə bənzəyir.
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB