Nəsimi rayonunda yeni inzibati bina istifadəyə verilib

Nəsimi rayonunda yeni inzibati bina istifadəyə verilib

Bu gün Nəsimi RİH başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin yeni inzibati binası istifadəyə verilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə iştirak edən RİH başçısı Asif Əsgərov nümayəndəliyin iş otaqlarına baxış keçirərək yaradılmış şəraitlə tanış olub.

Qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq 2012-ci ildə yaradılmış Nəsimi Rayon İcra Hakimiyyətinin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binası olmayıb. Sakinlərə xidmət göstərilməsinə lazımi şəraitin yaradılması istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq işlər aparılaraq ərazisində 90 min nəfərə yaxın sakinin yaşadığı 1 nömrəli Sahə İƏD nümayəndəliyi üçün 20 Yanvar küçəsi 19 b ünvanda inzibati bina istifadəyə verilib. İnzibati binanın yaxın ətrafındakı 1100 kv.m. sahə abadlaşdırılıb. 19b, 21b, 23, 25, 27 saylı binaların əhatəsində yerləşən bu ərazinin sakinləri abadlıq işlərinə görə razılıqlarını bildirib, nümayəndəliyə yaradılan şəraitin sakinlərin müraciətlərinin operativ həllinə yönəldilən tədbirlərdən olduğunu qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə