2020-ci ilin astanasındayıq. Artıq hər birimizin evində bəzədilən şam ağacı öz rəngli işıqları ilə yeni ili qarşılamağa hazırdır. Yeni il əhval-ruhiyyəsi təkcə evlərimizdə deyil, şəhərin küçələrində də hiss olunmaqdadır. Artıq mərkəzi parklarda, Dənizkənarı bulvar və küçələrdə möhtəşəm şam ağacları qurulub, rəngli işıqlarla bəzədilib.
Şam ağaclarının paytaxtın mərkəzi yerləri ilə yanaşı, rayonların ərazisindəki park və bağlarda quraşdırılacaq. Bulvar ərazisində müxtəlif Yeni il simvolları quraşdırılıb. Hazırlıq işləri davam etdiyindən Milli Parkın ərazisinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Şəhərin “Azneft" dairəsində böyük şam ağacı artıq yekunlaşıb. Dənizkənarı Milli parkda iki “yolka” quraşdırılıb. Həm bulvar ərazisində, həm də Neftçilər prospekti boyunca bütün şam ağacları işıqlarla bəzədilib.
Bununla yanaşı, “Qız qalası” qarşısında quraşdırılan möhtəşəm şam ağacı, Sahil parkında ucaldılan işıqlı “yolka” şəhərə gəzməyə çıxanların marağına səbəb olub.
Bakının "Fəvvarələr" Meydanı da bayram tətillərində həm şəhər, həm də qonaqların istirahəti üçün hazır vəziyyətə gətirilib. Orada Yeni İllə bağlı təşkil olunan bayram yarmarkası, eləcə də möhtəşəm bayram atributları sakinlər xoş ovqat bəxş edəcək.
Qeyd edək ki, yeni il axşamı Kukla teatrının arxasında yerləşən meydanda bayram proqramı təşkil olunacaq. Milli park bayram axşamı paytaxt sakinlərini və şəhərin qonaqlarını maraqlı sürprizlərlə sevindirəcək.
Nailə Məhərrəmova
FOTO: Nigar Vəlili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB