Azərbaycanın dövlət sərhədini pozan Əlcəzair vətəndaşı saxlanılıb DSX

Azərbaycanın dövlət sərhədini pozan Əlcəzair vətəndaşı saxlanılıb DSX

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi tədbirlərini uğurla davam etdirir.

DSX-nın mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu saxlanılıb. İlkin araşdırma zamanı onun Cəlilabad rayon sakini 1973-cü il təvəllüdlü İbrahimov Zahid Eldar olduğu məlum olub. Araşdırma zamanı Z.İbrahimovun 2018-ci ildə oğurluğa görə məhkum olunması və 2019-cu ilin iyun ayında vaxtından əvvəl şərti azadlığa buraxılması müəyyən edilib.

Dekabrın 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədinin pozulması aşkarlanıb. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Görülmüş tədbirlər nəticəsində Əlcəzair Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Lahlah Djamal Qusar rayonunun Samur çay yatağında sərhəd pozucusu qismində saxlanılıb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə