Astara rayonunun Qapıçıməhəllə kənd ümumi orta, Lomin və Düriyyə kənd ibtidai məktəblər üçün inşa edilən yeni məktəb binalarının açılışı ilə uzun illər yeni məktəbin arzusunda olan kənd sakinlərinin sevincinə səbəb olub. SİA-nın məlumatına görə, Qapıçıməhəllə kənd ümumi orta məktəb binasının açılışında rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək sakinləri bu əlamətdar gün münasibəti ilə təbrik edib. Bildirib ki, böyük inkişaf yolunda olan müstəqil dövlətimizdə bütün sahələrə olduğu kimi təhsilə də xüsusi diqqət yetirilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yaxşılaşdırılması mühüm məsələ kimi həmişə dövlətin diqqət mərkəzindədir. Son illər Astara rayonunda qırxdan çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunub. Elə bu nümayəndəliyin ərazisində Suparibağ, Rüdəkənar kəndlərində tikilən məktəblərdən sonra artıq üçüncü məktəb istifadəyə verilir. Bu tədris ilində rayonda beşinci yeni məktəbdir ki, istifadəyə verilir. Gələn ay Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik məktəb binası da müəllim və şagird kollektivinin istifadəsinə veriləcəkdir. Bütün bunlar rayonda təhsilin keyfiyyətinin artırılması üçün əlverişli zəmin yaradır.
Sonra İcra başçısına 18 dekabr 2019-cu il tarixdə Bakı şəhərində Azərbaycan Britaniya Kollecinin təşkil etdiyi STEAM üzrə 5-ci sərgidə “Voltran” robototexnika üzrə yay məktəbinin iştirakçısı olan rayonumuzun məktəbliləri Elnur Məmmədov və Salih Atakişizadənin qızıl, Sadiq Məmmədov və Saleh Məmmədovun isə gümüş medal qazandıqları, sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırıldıqları barədə məlumat verilib. Qeyd edilib ki, Elnur Məmmədov "Panqolin" robotu ideyasına görə "ideya çempionu" adına layiq görülüb.
İcra başçısı qaliblərin əl işləri ilə tanış olub, layihədə ən yüksək mükafata layiq gəldiklərinə görə onları təbrik edib, uğurlarının davamlı olmasını arzulayıb, xatirə şəkli çəkib.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB