Avstriya da Azərbaycan kimi tolerantlığın hökm sürdüyü ölkə kimi tanınıb - AÇIQLAMA

Avstriya da Azərbaycan kimi tolerantlığın hökm sürdüyü ölkə kimi tanınıb - AÇIQLAMA

"2019-cu ilin martında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avstriyaya işgüzar səfəri ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyə malik oldu". Avstriyanın Azərbaycandakı səfirliyindən SİA-ya verilən açıqlamada bildirilir ki, uğurlu səfərinin nəticəsi olaraq Azərbaycan-Avstriya Əməkdaşlıq Şurası yaradılıb.

Prezident İlham Əliyev bu səfər çərçivəsində martın 28-də Vyanada Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristofer Ştraxe, martın 29-da Avstriya Respublikasının Federal Prezidenti Aleksander van der Bellen ilə, martın 30-da isə Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurts ilə görüşüb, müzakirələr aparıb.

2019-cu il oktyabrın 10-da Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu yekunu oldu. 2019-cu ilin may və noyabr aylarında Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumunda hər iki tərəfdən iştirak edən iş adamları qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

2019-cu il iyununda Vyanada keçirilən "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda keçirilmiş beynəlxalq konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və digər hökumət rəsmiləri olmaqla Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. Müxtəlif dinlərin və mədəniyyətlərin dinc birgə yaşadıqları Avstriyada Azərbaycan kimi tarixən yüksək tolerantlığın hökm sürdüyü ölkə kimi tanınıb.

2019-cu ilin fevralında Avstriyanın "ÖBB Holding AG" dəmir yolları şirkətinin baş icraçı direktoru Andreas Mattenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda oldu və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri cənab Cavid Qurbanovla məhsuldar görüşlər keçirildi. 2019-cu ilin oktyabrında Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri və habelə Azərbaycan Dəmir Yolları QSC-nin sədri cənab Cavid Qurbanovun Vyanaya işguzar səfəri çərçivəsində ikitərəfli qarşılıqlı və çoxtərərfli nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi və bu zaman Avstriyanın aparıcı rol oynaması üçün potensial imkanlar barədə müzakirələr aparılıb. Avstriya Azərbaycanın bu sahədə beynəlxalq qovşaq olaraq formalaşmasında və Azərbaycanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsində əməkdaşlıq etməkdə maraqlıdır.

Azərbaycan-Avstriya iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın hər 2 ildə bir dəfə iclasları keçirilir. Növbəti iclas 2020-ci ildə Bakıda keçiriləcəkdir. İki ölkə arasında mədəni əlaqələr də inkişaf edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə