Qəbələ və Şəkidəki “ASAN xidmət” mərkəzlərində Texniki Şura yaradılıb
Qəbələ və Şəki rayonlarında yerləşən “ASAN xidmət” mərkəzlərində elektrik təchizatı şəbəkəsinə qoşulmanın sadələşdirilməsi üzrə Texniki Şura yaradılıb. Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) SİA-ya bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli Fərmanına uyğun olaraq, Qəbələ və Şəki rayonlarında yerləşən “ASAN xidmət” mərkəzlərində Texniki Şura fəaliyyətə başlayıb. Texniki Şuraların əsas fəaliyyəti bölgələrdə kiçik və orta sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması proseslərinin daha da sadələşdirilməsindən ibarətdir.
Qeyd edək ki, cari ildə Azərbaycanın paytaxt və regionlarındakı 12 “ASAN Kommunal” və "ASAN xidmət" mərkəzlərində yaradılmış Texniki Şuraların fəaliyyəti tam şəkildə təmin olunub. Bunlar 1 saylı “ASAN Kommunal”, 2 saylı “ASAN Kommunal”, Sumqayıt "ASAN xidmət", Gəncə "ASAN xidmət", Sabirabad "ASAN xidmət", İmişli "ASAN xidmət", Masallı "ASAN xidmət", Quba "ASAN xidmət", Bərdə "ASAN xidmət", Mingəçevir "ASAN xidmət", Qəbələ "ASAN xidmət" və Şəki "ASAN xidmət" mərkəzlərində yaradılan Texniki Şuralardır.
Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli Fərmanına uyğun olaraq, “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində mövcud Texniki Şuraların tərkibində dəyişikliklər edilməsi və yeni Texniki Şuraların formalaşdırılması haqqında Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun 2019-cu il 22 iyul tarixli Əmri ilə təsdiq olunub. Həmçinin bu tədbirlər Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB