Qaradağ rayonunda seçki platformaları seçicilərə paylanılıb

Qaradağ rayonunda seçki platformaları seçicilərə paylanılıb

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı tərəfindən 23 dekabr 2019-cu il tarixdə ölkəmizdə keçiriləcək V çağırış Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində partiya tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin seçicilərlə silsilə görüşləri davam edir.

Silsilə görüşlər çərçivəsində YAP Qaradağ rayon təşkilatının fəal gəncləri rayonda “Xalq üçün” təşviqat aksiyası keçirib. Gənclər rayonun müxtəlif ərazilərində - parklarda, küçələrdə, yaşayış binalarının məhəllərlərində seçicilərlə söhbət aparıb, onlara Bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərin seçki proqramını, seçkiqabağı platformasını əks etdirən bukletləri və digər təbliğat-təşviqat materiallarını paylayıb. Həmçinin seçicilərə son illərdə respublikamızda və Qaradağ rayonunda görülən işlərdən, həyata keçirilən islahatlardan bəhs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə