Gəncləri idarəçiliyə həvəsləndirən əsaslar RƏY-ÖZƏL

Gəncləri idarəçiliyə həvəsləndirən əsaslar RƏY-ÖZƏL

Artıq bələdiyyə seçkilərinə sayılı günlər qalıb. Namzidələrin sıyahısına nəzər yetirdikdə gənclərin sayının üstünlük təşkil etdiyini görmək mümkündür. Eyni misalı qarşıda keçiriləcək parlament seçkiləri ilə bağlı da demək mümkündür. Deputatlığa namizəd olmaq istəyənlər sırasında da gənclərin üstünlük təşkil etdiyini deyə bilərik. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə gənclərin öz innovativ potensiallarından geniş istifadə edə bilmələri üçün hərtərəfli şərait yaradılıb. Hətta gənclərin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində mühüm təgdbirlərin keçirildiyinin də şahidi oluruq. Bəs görəsən gənclər onlara yaradılan şəraitdən razıdırmı?

Mövzu ilə bağlı SİA-ya açıqlama verən YAP Gənclər Birliyinin sədri Seymur Orucov söyləyib ki, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu hədəflərə xidmət edir.

Onun sözlərinə görə, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, eləcə də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı kimi mühüm sənədlərin məqsədi də Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir”.

S.Orucov söyləyib ki, bütün bunlarla yanaşı ölkəmizdə gənclərin yüksək keyfiyyətli təhsil alması məsələsinə xüsusi diqqət edilir: "Çünki qloballaşma şəraitində ölkələrin inkişafını təmin edən mühüm faktorlardan biri biliyə əsaslanan iqtisadiyyatın inkişafı, eləcə də cəmiyyətin intellektual səviyyəsinin mütəmadi olaraq artırılmasıdır. Bu məsələdə, şübhəsiz ki, proqressiv və dinamik qüvvə olan gənclərin üzərinə böyük öhdəlik və məsuliyyət düşür. Azərbaycanda gənclərin intellektual inkişafı üçün bütün şərait yaradılıb və dövlət tərəfindən bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Artıq görülən işlər öz bəhrəsini verir. Son zamanlar aparılan kadr islahatlarında gənclərə daha çox üstünlük verilməsi Prezident İlham Əliyevin gənclərə olan yüksək etimadının əyani nümunəsidir. Hesab edirəm ki, Azərbaycan gəncliyi bundan sonra da dövlət rəhbərliyinin etimadını layiqincə doğrultmalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə