"Qanunla repetitorluğun qarşını almaq mümkün deyil" Məleykə Abbaszadə
"Repetitorların məktəbi əvəz etməsi fikri düzgün deyil. Əgər belə proseslər gedirsə, onun qarşısını almaq və dərslərin keyfiyyətini qaldırmaq lazımdır. Lakin hər hansı qanunla bunun qarşısını almaq mümkün deyil". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, repetitorluqdan müxtəlif məqsədlər üçün istifadə olunur: "Elə valideynlər var ki, onlar övladlarının əlavə xarici dil biliklərinə yiyələnməsini istəyirlər. Bu səbəbdən də repetitorlara müraciət edilər. Misal üçün uşaq məktəbdə yalnız ingilis dilindən təhsil alır. Lakin o, əlavə dil olaraq fransız dilini də öyrənmək istəyir. Bu halda repetitorlara müraciət olunur. Belə hallar olduqca repetitorlar da olacaq. İnkişaf etmiş ölkələrdə də müxtəlif repetitorlar olur. Kimsə musiqi, rəsmlə məşğul olmaq istəyir. Ona görə də repetitorlara mürciət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB