Qəbul imtahanlarında iştirakla bağlı qiymətlər aşağı salına bilərmi? RƏSMİ AÇIQLAMA
"Azərbaycanda qəbul imtahanlarında ilk dəfə iştirak edən hər kəsin imtahanın haqqını dövlət ödəyir. Birinci imtahanda hər kəs pulsuz iştirak edir. Buna görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yalnız imtahanlarda ikinci şansından istifadə etmək istəyənlər şəxslər qəbul imtahanı üçün ödəniş edirlər: "Bildiyiniz kimi yeni imtahanlar, yeni tələblər və imtahan nəticələrini araşdırmaq, onu həyata keçirmək üçün daha çox insan, qurğu cəlb etmək lazım olur. Bu baxımında imtahanların qiymətləri o qədər də yüksək deyil".
M.Abbaszadə qeyd edib ki, Özbəkistanda qəbul imtahanı ilə bağlı qiymətlər orta əmək haqqının yarısını təşkil edir: "Azərbaycanda da qəbul imtahanı ikə bağlı qiymətlər həmin imtahanın keçirilməsinə sərf olunan vəsaitdən asılıdır. Yeni növ imtahanlarının cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin qəne etmədiyini söyləyirlər. Belə olan halda biz necə qiymətləri aşağı sala bilərik?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB