Paytaxtda 2 uşaq bağçalarının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib
Bakının Nəsimi rayonundakı 76 nömrəli və Xətai rayonundakı 288 nömrəli körpələr evi-uşaq bağçalarının əsaslı təmirdən sonra açılış mərasimi olub. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ilk öncə təhsil naziri Misir Mərdanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva və digər rəsmi şəxslər Nəsimi rayonundakı 76 nömrəli körpələr evi-uşaq bağçasında olublar. Onlar bağçanın musiqi, məktəbə hazırlıq, yataq, kompüter otaqlarına baxıb, görülmüş işlərdən razılıqlarını ifadə ediblər. Təhsil naziri M.Mərdanov bağçanın açılışı münasibətilə tədris ocağının pedaqoji kollektivini, uşaqları və valideynləri təbrik edib. Azərbaycan təhsilinin inkişaf yolundan söz açan nazir həyata keçirilən bütün bu quruculuq işlərinin ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olduğunu bildirib.
Daha sonra Xətai rayonundakı 288 nömrəli körpələr evi-uşaq bağçasına gələn təhsil naziri Misir Mərdanov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini İslamxan Əliyev və digər qonaqlar təhsil müəssisəsi ilə yaxından tanış olub, bağçanın əsaslı təmirində zəhməti olanların əməyini yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB