"Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” - KONFRANS

"Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” - KONFRANS

Bu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, mədəniyyət naziri Əbülfəs Qarayev, DQİDK sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, eləcə də digər ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçiriləcək konfransda Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət-din münasibətlərinin inkişaf dinamikası, dövlətin dinə qayğısı, xalqımızın multikulturalizm və tolerantlıq ənənələrinin təbliği və təşviqi sahəsində görülən işlər, Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə verdiyi töhfələr, eləcə də bu sahədə qarşıda duran məsələlər müzakirə edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə