Adil Qəribov: “Gələn il Azərbaycanda məhsulların sterilizasiyası qurğusu inşa olunacaq”-Açıqlama

Adil Qəribov: “Gələn il Azərbaycanda məhsulların sterilizasiyası qurğusu inşa olunacaq”-Açıqlama
"Azərbaycana gətirilən bütün ərzaq məhsulları mütləq sterilizasiya olunmalıdır. Artıq bununla əlaqədar olaraq Azərbaycanda sterilizasiya qurğusu inşa olunacaq". Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. O bildirib ki, bu qurularsa, ölkəyə gətirilən bütün ərzaq məhsullarının sterilizasiya olunması haqqında sertifikat tələb olunacaq.

Artıq qurğunun tikilməsi üçün layihənin hazır olduğunu, yerin, vəsaitin ayrıldığını deyən A.Qəribov qeyd edib ki, yeni qurğu gələn il tikiləcək. Radiasiya Problemləri İnsititunun xidmət edəcəyi qurğunun "Caspian Fish"in arxa hissəsində inşa olunacağını deyən institut direktorunun sözlərinə görə, qurğu hazır olduqdan sonra istənilən meyvələrin sterilizasiyası orada aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə