Son dövrlərdə arıqlamaq, pəhriz kimi ifadələrin gündəmdə olduğunu nəzərə alsaq, artıq çəkili insanlar üçün ən vacib və demək olar ki, ən çox arzulanan məsələ məhz piylərdən azad olmaqdır. Bədən kütləsinin bir çox hissəsində piylərə rast gəlsək də, təcrübələrə görə qarın nahiyəsində piylərdən azad olmaq bədənin digər nahiyələri ilə müqayisədə daha çətindir. Bunun üçün müxtəlif qidalar qəbul etmək, pəhrizlərdən, hətta ən çətin idman növlərindən istifadə olunur.
Piy qatı nədir və necə yaranır?
İlk növbədə bildirək ki, insan bədənində yağ qatı iki cür yığılır. Birini növ yağ qatı visseral adlanır və o, daha çox qarın ətrafında toplaşır. İkinci növ yağ qatı əsasən bud nahiyyəsində toplaşır. Birinci növ həm qadın, həm kişidə rast gəlinirsə, ikinci növ daha çox “armudvari” və ya “qum saatı” bədən quruluşuna sahib olan qadınlarda rast gəlinir. Bu hal daha çox estrogen hormonu ilə əlaqələndirilir.
Həkim-dietoloqların fikrincə, ikinci növ yağ qatı zərərli deyil. Əksinə qadınlara uşaq dünyaya gətirərəkən daha dözümlü olmaq və sağlam uşağa sahib olmaq üçün xeyrlidir. Amma buna baxmayaraq, bu hal xanımları narahat edir və onlar ikinci növ yağ qatından canlarını qurtarmaq üçün xüsusi canfəşanlıq edirlər.
Mütəxəssislərin fikrincə, viseral yağ əsasən oturaq həyat tərzi və düzgün olmayan qidalanma səbəbindən qarın nahiyyəsinə yığılır və nəticədə diabet, ateroskleroz, hipertaniya və nəfəs darlığına səbəb ola bilir. Kişilərin qarın nahiyyəsində yığılan piylərinə hətta “pivə çəlləyi” də deyilir.
Dietoloqların fikrincə, qarın nahiyyəsində piy qatının yaradan səbəblərdən biri müntəzəm olaraq pivə qəbuludur: “Yaş artdıqca yüksək kalorili qaidaların qəbulu nəticəsində insan orqanizmdə yaranan mənfi reaksiya daha çox qida qəbuluna şərait yaradır”.
Bədən yağlarından necə xilas olaq?
Bədən yağlarından xilas olmaq üçün yemək vərdişlərinin tamamilə dəyişdirilməsi məsləhət görülür. Bununla yanaşı, dieotoloqlar salatlarda, mevə və tərəvəzdə olan lif istehlak etməyin vacibliyini qeyd edir. Qızardılmış və sadə karbohidratlardan imtina etmək, onları qaynadılmış və bişmiş yeməklə əvəz etmək tövsiyə olunur.
Bütün bunlarla yanaşı, fiziki fəaliyyətin aktivliyinə diqqət etmək önə çəkilir. Əgər incə belə sahib olmaq istəyirsinizsə, həftədə ən azı iki dəfə idman salonuna getməli, bundan əlavə, yuxu rejiminə diqqət etməli, yuxu öncəsi qadjetlərdən uzaq durmalısınız.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB