"Gənclər cəmiyyətin əsas qüvvəsinə çevrilib" RƏY-AÇIQLAMA

"Azərbaycanda gənclərin inkişafı üçün böyük imkanlar yaradılıb". Bu fikri SİA-ya gənclər və idman nazirinin müavini Fərhad Hacıyev deyib. F.Hacıyev bildirib ki, bu gün ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. "Dövlətimizin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin əsas qüvvəsinə çevrilib. Dövlətimiz daim yaradıcı gənclərin ideyalarını dəstəkləyir və həyata keçirir. Təbii ki, bu amil ölkə gənclərinin bilik və bacarıqlarının, potensiallarının üzə çıxarılmasında böyük əhəmiyyət kəsb edir"- deyə, F.Hacıyev qeyd edib.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...