İordaniyanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Sami Asem Abdullah Ğoşeh ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...