"Nəsimi-650 uşaqların dili ilə" adlı tədbir baş tutub

Bu gün Nəsimi ilinə həsr olunmuş "Nəsimi-650 uşaqların dili ilə" adlı tədbir baş tutub. 2019-cu ildə Azərbaycan Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli 689 nömrəli sərəncamına əsasən bu il (2019-cu il) Nəsimi ili elan olunmuşdur.

Bu münasibət ilə Milli Azərbaycan Tarixi Muzeyində bu il ərzində İmadəddin Nəsiminin zəngin irsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Muzeyin elmi-kütləvi iş və təhsil şöbəsi tərəfindən təşkil olunmuş tədbirdə muzeyin dirktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Yazıçılar Birliyi Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, Azərbaycan Respublikası Təhsil İnstitunun " Psixologiya və yaş fiziologiyası" şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylərov "Azad ruhun psixologiyası " adlı məruzəsi və həmin şöbənin elmi işçisi , musiqişünas , musiqi terapevti Bahar Bəylərova-Ələkbərova ... "Mən..." məruzəsi ilə çıxış ediblər.

Tədbirdə Nəsimi rayonu general-leytenant K.A.Kərov adına 8 saylı tam orta məktəbin şagirdləri "Dinin dirəyi Şeyx Nəsiminin simasında elmimizi qoruyaq !" adlı ədəbi kompozisiya və muzeylərarası inteqrasiya proqramı çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı "İRS" Nəsimi yubileyinə həsr olunmuş bədii hissə ilə çıxış ediblər.

Tədbirdə həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin milli-mənəvi irsinin eksponotlardan ibarət sərgi təşkil olunub. Azərbaycan Yazıçılar Birliyi Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz yeni çıxmış " Nəsimi" kitabını Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib. Həmçinin tədbir boyu Nəsimi yaradıcılığı ilə bağlı foto-slaydlar müşayət olunub.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...