Ekologiya Standartlarının Monitorinq Fondu “Bakı şəhər əhalisinin içməli su problemi” mövzusunda dəyirmi masa keçirib
Bu gün Ekologiya Standartlarının Monitorinq Fondu "Bakı şəhər əhalisinin içməli su problemi" mövzusunda dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, tədbirdə fondun prezidenti Rauf Sultanov, fondun icraçı direktoru Rüstəm Əliyev, Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinin müdiri Layla Tağızadə və başqaları iştirak edib.
İlk olaraq çıxış edən fondun prezidenti R. Sultanov bildirib ki, su ən qiymətli mineral olmaqla biosferin mövcudluğunda, atmosfer havasının temperaturunun tənzimlənməsində və müxtəlif iqlim növlərinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir: "Dünya əhalisinin artımı və onların içməli suya olan təlabatının olması qlobal problemlərdən biridir. Epidemioloji və gigiyenik cəhətdən keyfiyyətli su xəstəliklərin yayılmaması üçün əsas ekoloji amildir. Azərbaycan dünya ölkələri arasında su problemi ilə üzləşən ölkələrdən biri hesab edilir. Bakıda su problemini həll etmək məqsədi ilə son illərdə dövlət tərəfindən bir sıra mühüm əhəmiyyətə malik layihələr həyata keçirilib. Yeni istifadəyə verilən Oğuz- Qəbələ- Bakı su kəməri şəhər əhalisinin içməli suya olan təlabatını artıqlaması ilə ödəmək imkanına malikdir".
Rauf Sultanov bu kəmərin istifadəyə verilməsindən sonra fond tərəfindən Bakı sakinləri arasında sorğu aparıldığına da xüsusi qeyd edib. O vurğulayıb ki, sorğu telefon vasitəsi ilə 550 nəfər respondent arasında keçirilib və Bakının bütün regionlarını əhatə edib: "Sorğu zamanı respondentlərə 3 sual verilib: - içməli su fasiləsiz yoxsa cədvəl üzrə verilir; - istifadə etdiyiniz içməli suyun keyfiyyətindən razısınızmı; - yeni su kəmərinin içməli suyun keyfiyyətinə və verilməsinə təsiri varmı?".
Sorğunun nəticələrini isə fondun icraçı direktoru Rüstəm Əliyev açıqlayıb. Belə ki, sorğu iştirakçılarının 27 %-i içməli suyu fasiləsiz, 65 %- i cədvəl üzrə, 8 %-i isə ümumiyyətlə içməli su almayıblar. Verilən içməli suyun keyfiyyətindən sorğu iştirakçılarının 42 %-i razı, 22 %-i qismən razı və 36 %-i isə razı omadıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB