"Türkiyə-Azərbaycan dostluğunun təməli Heydər Əliyev tərəfindən qoyulub"

"Heydər Əliyev "İki dövlət, tək millət" ifadəsi ilə Türkiyə-Azərbaycan qardaşlığını özündən sonrakı nəsillərə ötürərək, bu ifadələri ilə əbədiyyətə qədər davam edəcək dərin, mənalı mesaj verən böyük bir liderdir". Bunu SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan deyib.

H.Altınalan bildirib ki, iki ölkənin qardaşlığını bir-birinə daha sıx bağlayan böyük lider Heydər Əliyev dinc və sabit dövlətin təməlini atmış, özündən sonra da bölgənin sabitliyində önəmli rol oynayan bir ölkə qoymuşdur: "Bizlərə qardaşlığı əmanət edən və Türkiyə Azərbaycan arasındakı güclü, sarsılmaz dostluq bağının təməlini atan böyük lider Heydər Əliyevi vəfatını 16-cı ildönümündə hörmətlə anırıq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə