12 dekabr Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Respublikamızın hər bir bölgəsində, ucqar kəndlərində, qəsəbələrində Azərbaycan vətəndaşları Dahi Rəhbərin xatirəsinə dərin ehtiramlarını bildirərək yad edirlər.
Ulu Öndər Heydər Əliyevin anım günü Şirvan şəhərində də qeyd olunub. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar səhər saatlarından Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət edərək ehtiramlarını bildirib, önünə gül dəstələri düzüblər.
Sonra şəhər ictimaiyyəti Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin keçdiyi şərəfli həyat yolu, fəaliyyəti, dövlətimiz və xalqımız qarşısında tarixi xidmətlərini əks etdirən eksponatlarla tanış olublar.
Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ümumşəhər tədbiri Şirvan Gənclər Evində davam edib.
Tədbir iştirakçıları öncə Şirvan Gənclər Evinin sərgi salonunda Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş sərgi ilə tanış olublar. Gənclər Evinin iclas zalında şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının, Heydər Əliyev Mərkəzinin və Gənclər Evinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda konfrans keçirilib.
Konfrans dövlət himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda məruzə ilə çıxış edib. Natiq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətindən danışıb.
Ulu Öndər Heydər Əliyevin elmi-nəzəri irsinin, idarəetmə fəlsəfəsinin, müstəqil dövlətçilik konsepsiyasının və davamlı inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən yeni çalarla zənginləşdirilərək layiqincə davam etdirildiyini, müstəqil dövlətimizin və xalqımızın milli maraqlarının bütün sahələrdə təmin edilməsinə yönəldildiyini vuğulayıb.
Tədbirdə çıxış edən YAP şəhər təşkilatının sədr müavini Paşa Nəbiyev, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizə xidmət edən həyat və fəaliyyətinin ən önəmli məqamlarından danışıblar. Rəsmi hissədən sonra bədii hissədə gənc könüllü Nahidə Məmmədova və məktəblilər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeir və ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının 16-cı il dönümünə şəhid ailələrinin, Qarabağ müharibəsi və Çernobıl əlillərinin, dindarların, ictimaiyyət nümayəndələrinin və ziyalıların, sadə vətəndaşların iştirakıyla ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub. Şəhər zəhmətkeşləri, xüsusi ilə yaşlı nəslin nümayəndələri Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, ruhuna dualar etdilər. Dahi Öndər Heydər Əliyevin ideyalarını, irsini yaşatdığı, dövlətimizin daha da güclənməsi, çiçəklənməsi, xalqın rifah halının yüksəldiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
İqbal Mikayılov



.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB