Mərkəzi Gömrük Hospitalında Ümummilli Liderin xatirəsi anılıb

12 dekabr 2019-cu il tarixində Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və Hospitalin kollektivi iştirak ediblər. Tədbir iştirakçıları ulu öndərin xatirəsini 1 dəqiqəlik sükütla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan səhiyysinə etdiyi töhfələrdən danışıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, ümumi cərrah Aynur Səfiyeva, ümumi cərrah Namiq Novruzov, cərrah transplantoloq Mircəlal Kazımi və tibb bacısı Şəfəq Tanrıverdiyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafı, Azərbaycan həkimlərinin milli kadr kimi yetişməsi üçün yaratdığı şəraitdən danışıblar.

Tədbirdə qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün olmuşdur. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülmüş, islahatlar aparılmışdır. Ulu Öndər ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq arenaya çıxmalarına şərait yaradırdı. İndi Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin məşhur səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər. Heydər Əliyevin adı Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...