Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi ehtiramla anır - VİDEOREPORTAJ

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi ehtiramla anır - VİDEOREPORTAJ

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 16 il ötür. Hər il olduğu kimi bu il də Fəxri xiyaban ümumxalq ziyarətinə şahidlik edir. Burada yaşanan izdiham xalqımızın Ulu öndər Heydər Əliyevə tükənməz məhəbbətinin parlaq təzahürüdür. Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələri var. Çünki bu gün yeniyetməni də, cavanı da, ahılı da Fəxri xiyabana Ümumummilli lider Heydər Əliyevə olan məhəbbət gətirir. Ulu öndərin məzarını ziyarətə gələn hər kəs Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini, liderlik və xilaskarlıq missiyasını axıradək şərəflə yerinə yetirdiyini yaxşı xatırlayır, Dahi şəxsiyyət və bəşəri insan olan Heydər Əliyevin xatirəsinə öz ehtiramlarını bildirirlər.

Ümummilli liderin Azərbaycanın xilaskarı olduğunu deyən vətəndaş Ələsgər Hüseynli bildirib ki, Ulu öndər 1990-cı illərin əvvəllərində xalqımızı bəlalardan qurtarıb: “Xalqın istəyi ilə Prezident seçilən Heydər Əliyev Azərbaycanı, eləcə də xalqına uğurlu həyat bəxş etdi. Ümummilli lider tərəfindən əsasə qoyulan siyasətin uğurlu nəticələri xalqımız bu gün görür. Çox sevinirik ki, bu gün Azərbaycana Ulu Öndərin davamçısı Prezident İlham Əliyev rəhbərlik edir. Biz ölkəmizin hazırki inkişafına görə Dövlət başçısına eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edirik”.

Ümumillli lideri ehtiramla anan vəkil Sünbülə Əliyeva bildirib ki, hər birimiz müstəqil Azərbaycanda yaşayırıq və ölkəmizin hazırki mövcudluğuna görə Ulu Öndər Heydər Əliyevə minnətdar olmalıyıq:“Mən bir çox ölkələrdə səfərlərdə olmuşam. Lakin heç bir ölkədə Azərbaycanda olduğu qədər mükəmməl qanunvericilik görməmişəm. Ölkə Konstitusiyası Ulu Öndərin əsəridir. Məhz Ümummilli liderin səyləri nəticəsində Azərbaycan Konstitusiyası fundamental bir sənəd kimi 1995-ci il noyabrın 12-də qəbul edilib. Azərbaycan qanunvericiliyə nəzərə saldıqda, ən mühüm qanun layihələri məhz Dahi Şəxsiyyət tərəfindən irəli sürülərək qəbul olunub. Bununla yanaşı, Azərbaycanın dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada təsdiq edilib. Ümummilli lider haqqında günlərlə hətta illərlə danışsam az olar. Dahi şəxsiyyət Azərbaycanda söz və mətbuat azadlığını təmin edib. Biz fəxr edirik ki, Ümummilli lider Heydər Əliyevin siyasətini Prezident İlham Əliyev davam etdirir. Özünə hörmət edən şəxlər bu siyasətin qarşısında baş əyməlidir. Bu gün Ulu Öndərin ziyarət edənlərin hər biri könüllü olaraq Fəxri Xiyabana gəlir və Dahi şəxsiyyəti ehtiramla anır. Heç bir ölkədə belə bir halla rastlaşmaq mümkün deyil. Belə bir şəxsiyyət bir də heç zaman olmayacaq. Bu gün xalqımız rahat və firavan yaşamasına görə məhz Ona borcludur.Allahdan Ümummilli liderə rəhmət diləyirəm”.

Vaxtilə Naxçıvanda fəaliyyət göstərdiyini və Ümummilli lider Heydər Əliyevin Muxtar Respublikada fəaliyyətinə şahidlik etdiyini deyən vətəndaş Əli Sadıqov qeyd edib ki, həmin dövrdə xalqın yeganə ümid yeri məhz Heydər Əliyev idi: “ Müasir, inkişaf edən Azərbaycanın banisi məhz Ulu Öndər Heydər Əliyevdir. O uzaqgörən siyasəti ilə ölkəmizi başdan quraraq xalqına ərməğan etdi. Biz varləığımızı, dövlətimizin mövcudluğu üçün Ümummilli liderə borcluyuq. Yeni Azərbaycan Partiyasının üzvü olaraq bu gün Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və hər an cənab Prezidentin əsgəri hesab edirəm”.

Vətəndaş Tofiq Məmmədov vurğulayıb ki, Ulu Öndər Azərbaycanın qurucusu və memarıdır: "Ümummilli lider Azərbaycanın xilaskarl olmaqla yanaşı, ölkəmizdə məhkəmə, hüquq sisteminin banisi yaradıcısıdır. Bu gün ölkəmiz məhz Ümummilli liderin yolunun davam etdirilməsi sayəsində uğurla irəliləyir. Bu gün ölkəmiz sürətlə inkişaf edir. Artıq ölkəmiz öz inkişafına görə bir sıra Avropa ölkələrini də üstələməkdədir"

Vətəndaş Minayə Əsədova söyləyib ki, Ulu Öndər Heydər Əliyev 16 ildir ki, cismən bizi tərk etsə də, ruhən hər zaman qəlbimizdə yaşayır: “Heydər Əliyevə çox bğyük sevgi və rəğbətim var. Dahi şəxsiyyət çox gözəl insani keyfiyyətlərə malik idi. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur. Hətta Onun mənə şəxsən təqdim etdiyi Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqəsini hər zaman fəxarət və qürurla gəzdirirəm. Ulu öndər bildiridi ki, partiya arxasında hər kəs sıx birləşməli, düşməni araya girməsinə imkan verməyin. Azərbaycanın qeyrətli oğlu Ulu Öndər Heydər Əliyevin uzaqgörən, uğurlu siyasətini Prezident İlham Əliyev davam etdirir. Ölkə başçısı ilə 5 dəfə görüşdüyüm üçün çox xoşbəxtəm. Məh özümə borc bilərək hər il Ulu öndəri ziyarət edirəm. Ömrümün sonuna qədər də bu ənənəni davam etdirəcəm. Övladlarım Azərbaycanın ərazi bütövlüyü uğurunda əlil olublar. Ailə üzvlərimizin əksəriyyəti zabitlərdir. Ulu öndərə Allahdan rəhmət diləyir, Prezident İlham Əliyev və xanımı can sağlığı arzu edirəm”.

Hər il həm anım, həm də doğum günləri zamanı Fəxri Xiyabana Ümummilli liderin məzarını ziyarət etməyə gəldyini deyən Hacırza Mahmudov bu ənənəni ömrünün sonunaq qədər davam etdirəcəyini dilə gətirib: “Dahi şəxsiyyət Azərbaycanın xilaskarı olub. Onun sayəsində Azərbaycan parçalanmaqdan qorundu. Peyğəmbərlər kimi, rəhbərləri də Tanrı bizə göndərir. Biz Tanrıya Azərbaycan dövətinə Ulu Öndər kimi rəhbər göndərdiyi üçün şükür etməliyik. Dahi şəxsiyyət cismən bu dünyadan köçsə də, mənən sağdır. Dünya durduqca Ulu Öndər hər zaman yaşayacaq. Allah Ümummilli liderə rəhmət etsin. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da inkişaf edir. Azərbaycanda gənclər irəli çəkilir. Tanrı gənclərimizi qorusun”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə