"Qələbə və zəfər faktoru YAP-ın adı ilə bağlıdır" Kamil Mirzəyev

"Artıq Azərbaycanda bələdiyyə seçkilərinə start verilib və xalqımız seçki iradəsinə söykənərək, dekabrın 23-də keçiriləcək səsvermə nəticəsində bələdiyyələrin yeni tərkibini seçiləcək", Bu fikirləri SİA-ya YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev sözügedən mövzu ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, demokratik seçki mühitinin mövcudluğu eyni zamanda bələdiyyə institunun inkişafı və tərəqqisinə də öz töhfələrini verməkdədir: "16 minə yaxın insan ölkənin yerli özünüidarə orqanlarında təmsil olunacaq, regionların idarə olunmasında, sosial və iqtisadi problemlərinin həll olunmasında, bütünlükdə inkişafın təmin edilməsi prosesində yaxından iştirak edəcəklər ki, bu da bilavasitə Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı çoxşaxəli islahatlar siyasətinə öz uğurlu töhfələrini verəcək. Məhz bu baxımdan, Yeni Azərbaycan Partiyası da növbəti bələdiyyə seçkilərinə ciddi hazırlaşıb, öz namizədlərini müəyyənləşdirib və onların qələbə qazanacaqlarına böyük inam hissi ilə yanaşır. Söz yox ki, bununla bağlı partiyanın İcra katibliyinin tövsiyə və tapşırıqları da əldə ediləcək zəfərlərimizə böyük dəstək göstərir. Bizlər birmənalı şəkildə əminik ki, YAP tərəfindən irəli sürülən namizədlər seçkilər zamanı əhalinin dəstəyini qazana biləcək. Xüsusilə, gənclərimizin, qadınlarımızın bələdiyyə seçkilərində fəal iştirak maraqlarının ortaya qoyulması da sübut edir ki, dövlət başçımızın gəncləşdirmə siyasəti artıq öz bəhrələrini verməkdədir".

"Mən bu arada, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini -İcra katibi Əli Əhmədovun seçkilər ərəfəsində irəli sürdüyü fikrini də xatırlatmaq istərdim", deyən Kamil Mirzəyev əlavə edib ki, bələdiyyə seçkiləri partiyanın mütəşəkkilliyinin, resurslarını səfərbər edilməsi imkanlarının sübuta yetirilməsi üçün böyük imkandır: "Həmçinin, bələdiyyələr partiya üzvləri üçün münbit təcrübə məktəbidir ki, xüsusilə gənclərimiz bələdiyyə seçkilərində iştirak etməklə zəruri seçki kampaniyasını aparmaq təcrübəsini qazanır, bu xüsusda lazım olan bütün faktorlardan istifadə edir, gələcək ictimai-siyasi həyatlarını müəyyənləşdirirlər. Əbəs deyil ki, zamanında bələdiyyə sədrləri olmuş YAP üzvləri sonradan parlamentdə təmsil olunublar və bu amil özündə önəmlilik daşıyır. Həmçinin, ölkədəki demokratik mübarizə mühitinin, sağlam siyasi rəqabətin qorunub saxlanmasının yanaşmasına nəzər salarsaq, əminliklə deyə bilərik ki, bələdiyyə seçkiləri də öz əhəmiyyəti ilə seçilir və yüksək qiymətləndirilir. Bu baxımdan, bələdiyyə seçkilərinə qatılacaq bütün partiyadaşlarımıza uğurlar, yeni-yeni nailiyyətlər və zəfərlər arzu edirəm. Çünki qələbə və zəfər faktoru Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır".

YAP Biləsuvar rayon təşkilatının sədri həmçinin bildirib ki, bələdiyyə seçkilərinə xalqa xidmət devizi ilə qatılan Yeni Azərbaycan Partiyası seçki kampaniyasının uğurla başa çatdırılması məqsədilə yüksək səviyyəli hazırlıq prosesini yekunlaşdırıb və Biləsuvarda da bu proses uğurla başa çatdırılıb, seçki kampaniyasının operativliyini təmin etmək məqsədi ilə seçki qərargahları yaradılıb. "Bu baxımdan da, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, partiya üzvlərimiz olan namizədlər seçki rəqabətinə və uğur qazanmağa tam hazırdırlar".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...