Nizami Cəfərov: "Alim və professor heyətinin hamısı eyni səviyyədə intellektə malik deyil"

Nizami Cəfərov: "Alim və professor heyətinin hamısı eyni səviyyədə intellektə malik deyil"

Elmin inkişaf modellərini fikriləşmək lazımdır. SİA-nın xəbərinə görə, bunu filologiya elmləri doktoru, Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov parlamentin bu günkü iclasında hökümətin hesabatı ilə bağlı müzakirələr zamanı deyib. O, qeyd edib ki, alim və professor heyətinin hamısı eyni səviyyədə intellektə malik deyil: "Bütün alimlər məhsuldar deyil. Ciddi alimlər həmişə müdafiə olunmalıdır".

Millət vəkili həmçinin alimlərin pensiyaya çıxandan sonra cüzi məvacib aldıqlarını xatırladıb: "Məhz buna görə alim olmaq istəyən gənclər bu sahəyə çox maraq göstərmir. Bu da bizim gələcəyimizə təsir edir".

Regionlarda mövcud olan kitabxana, muzey və mədəniyyət obyektlərinin bərpasına ehtiyacın olduğunu deyən millət vəkil bu cür halların aradan qaldırılmasının dövlətin regionların sosial-iqtisadi inkişaf proqramına salınmasının tərəfdarı olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə