Tod Volters və Valeri Gerasimov gələn il görüşəcəklər?

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı, general Tod Volters Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla gələn ilin əvvəlində görüşəcəyini güman edir. TASS agentliyi xəbər verir ki, bu barədə T.Volters Vaşinqtonda jurnalistlərə bildirib.

Xatırladaq ki, noyabrın 26-da Bakıda T.Voltersin sələfi Stüart Piçlə V.Gerasimov arasında görüş keçirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...