Ordubadda icbari tibbi sığorta tətbiq edilib, işçilərin maaşları artırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, sərəncamla Ordubad rayonunda icbari tibbi sığorta tətbiq edilib.

Eyni zamanda Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib, həmin səhiyyə müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları dekabrın 1-dən 50 faiz artırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə