1918-ci il Şamaxı soyqırımına həsr olunmuş beynəlxalq konfrans keçirilib
Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıın (AVCİYA) təşkilatçılığı ilə "Şamaxı soyqırımı (1918 - ci il)" mövzusunda beynəlxalq elmi - praktik konfrans keçirilib. SİA-nın xəbərinə görə, "Azərbaycanda erməni vəhşilikləri - Şamaxı soyqırımı (1918 - ci il )" layihəsi çərçivəsində təşkil olunan tədbirdə Milli Məclisin üzvləri, tanınmış elm xadimləri, dövlət rəsmiləri, QHT və KİV nümayəndələri, o cümlədən Avropanın 7 ölkəsindən jurnalist və siyasətçilər ekspert qismində iştirak ediblər.
AVCİYA-nın prezidenti, Şamaxıdan olan millət vəkili Elxan Süleymanov bildirib ki, 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. O, Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələrinin yandırılıb uçurulduğunu qeyd edib. Millət vəkili ölkəmizin 1991 - ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən problemin obyektiv tədqiqi üçün şərait yarandığını vurğulayıb.
E.Süleymanov bu sahədə görülmüş işləri təqdir etməklə yanaşı, bunların yerli oxucularla birgə beynəlxalq ictimaiyyət, xüsusilə də Qərb ölkələrinin vətəndaşlarına çatdırılması vacib vəzifələrdən olduğunu qeyd edib: "Məhz buna görə AVCİYA "Şamaxı soyqırımı -1918-ci il" adlı layihə çərçivəsində beynəlxalq konfrans təşkil edir. Həmçinin bu həqiqətlərin dünyaya çatdırılması üçün bir neçə dildə kitab nəşr etməklə, beynəlxalq aləmdə yayılması məqsədəuyğun hesab edilib. Assosiasiya artıq bu istiamətdə iki layihə "Xocalı soyqırımı" və "Qaradağlı facəsi" adlı layihələr həyata keçirib. Bu işlər Dağlıq Qarabağ probleminin ədalətli həllinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasına yaxından köməklik göstərə bilər. Assosiasiya bu istiamətdə işləri gələcəkdə də davam etdirməyi planlaşdırır".
AVCİYA-nın prezidenti gələcəkdə bu cür tədbirlərin qırğınlar törədilmiş digər rayonlarda, eləcə də xarici ölkələrdə keçiriləcəyini bildirib.
Konfransda Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Şamaxıda ermənilər tərəfindən törədilmiş faciəni Azərbaycanlılara qarşı ermənilərin həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsi kimi dəyərləndirib.
Qeyd edək ki, konfransda "Şamaxı soyqırımı (1918 - ci il )" adlı kitabın təqdimatı da olub. Kitabın müəllifi Məhərrəm Zülfüqarlı çıxış edərək bu soyqıırımla bağlı apardığı tədqiqat işlərindən danışıb.
Onun sözlərinə görə Şamaxıda ermənilərin törətdikləri vəhşiliklər o qədər dəhşətli olub ki, hətta nə qədər çalışslar da o dövürdəki bolşevik mətbuatı da bu faciəyə öz münasibətini gizlədə bilməyib.
Almaniya Parlamentinin üzvü professor Haqqı Kəskin, italiyalı jurnalist-tətqiqatçı Robeto Kobalyero, ispaniyalı senator Arkadio Dias, finlandiyalı jurnalist Esa Tuominen və başqaları çıxışlarında soyqırım haqqında eşitdiklərindən kədərləndiklərini bildiriblər.
Konfransda çıxış edən finlandiyalı jurnalist, ATƏT-in Parlament Assambleyasının üzvü Esa Tuominen bildirib ki, indiyədək bu soyqırım haqqında məlumatsız olub. Xarici jurnalist bildirib ki, bu proseslərin həllində yeni təsisatlara ehtiyac var və soyqırımı bütün xarici ölkələrə tanıtmaq üçün Azərbaycan daha çox iş görməlidir.
Millət vəkili Qənirə Paşayeva çıxışında Şamaxı soyqırımına beynəlxalq aləmin səssiz yanaşmasından təəssüflənib: "Biz bu soyqırımı edən düşüncənin durdurulmasına çalışırıq. Əks təqdirdə daha pis mənzərə ilə qarşlaşa bilərik".
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bildirib ki, ermənilərin törətdikləri soyqırımların dünyaya çatdırlması üçün əlimizdən gələni etməliyik.
Filoloq Seyfəddin Qəniyevə görə isə, sənədlər, xatirələr bir daha təsdiqləyir ki, Şamaxını talan edən ermənilərin əhaliyə verdikləri cəzaların da dünyada analoqu olmayıb.
Konfransada Şamaxı soyqırımında öldürülənlərin qohumlarında bir neçəsi də çıxış ediblər. Onlar bu faciəni görən yaxınlarından eştdikləri faktlardan da danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB