Milli Azərbaycan Tarixi Muzeyində “Əbədiyaşar lider” adlı tədbir keçirilib - FOTO

Dekabrın 10-da AMEA Milli Azərbaycan Tarixi Muzeyinin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin vəfatının 16-cı ildönümünə həsr edilmiş “Əbədiyaşar lider” adlı tədbir keçirilib.

SİA-nın xəbərinə görə, “Azərbaycan” himni səsləndirildikdən sonra tədbirin rəsmi hissəsində çıxış edən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova iştirakçıları salamlayaraq, tədbirin məqsədi və muzeydə YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının fəaliyyəti haqqında qısa məlumat verib.

Ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra təşkilat sədri “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib.

Ulu öndərə aid “Ömür yolu” filmi izlənildikdən sonra çıxış edən - Milli Fədailər Hərəkatının katiblik müdiri Gülnarə Əmirova əbədiyaşar liderin fəaliyyətinin gənc nəslə örnək olduğunu vurğulayıb.

Daha sonra çıxış edən muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə ulu öndərin Azərbaycan dövlətçilik ənənələrinin qorunmasında rolu, muzeyin “Elmi kütləvi iş və təhsil” şöbəsinin b.e.i., t.ü.f.d. Əli Fərhadov “Heydər Əliyev və azərbaycançılıq”, muzeyin “Numizmatik və epiqrafika” elmi fond şöbəsinin b.e.i., t.ü.f.d. Aygün Məmmədova “Numizmatik, filatelistik və faleristik materiallarda Heydər Əliyev obrazı”, həmin şöbənin elmi işçisi Şəfa Mövsümov “İkinci Dünya Müharibəsində azərbaycanlıların iştirakı və Heydər Əliyevin azərbaycançılıq ideologiyası”, muzeyin “Elmi kütləvi iş və təhsil” şöbəsinin elmi işçisi Qənirə Qafarlı “Bir sənədin izi ilə” adlı məruzələrini təqdim ediblər.

Tədbirin bədii hissəsində 2 saylı texniki-humanitar liseyin VII sinif şagirdi Amil Manafov Azərbaycan bayrağına həsr edilmiş şeir söyləyib.

Tədbirdə həmçinin YAP “Gənc Tamaşaçılar” ilk ərazi təşkilatının sədri Ramilə Muradova, muzeyin digər əməkdaşları, YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının üzvləri - t.ü.f.d. Tural Şiriyev, Aybəniz Hacıyeva, Gülnar Fərhadova, Vüqar Xudaverdiyev və 2 saylı texniki-humanitar liseyin Uşaq Birliyi rəhbəri Turac Əhmədova da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə