Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilir YENİLƏNİR

Bakı Dövlət Universitetində Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilir. SİA-nın xəbərinə görə, tədbirdən əvvəl Təhsil Nazirliyinin "BİR" tələbə-könüllüləri Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

Forumda təhsil naziri Ceyhun Bayramov, BDU-nun rektoru Elçin Babayev, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Allassandro Frakasseti, millət vəkilləri, 400-dən çox tələbə-könüllü və digər qonaqlar iştirak edirlər. Tədbir dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qeyd edək ki, Forumun keçirilməsində məqsəd tələbələr arasında könüllülük həyatının inkişafına, onların ictimai həyatda fəal iştirakının stimullaşdırılması dəstək göstərməkdən ibarətdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...