Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb. Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb: "Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...