Yanğın baş verən əraziyə 4 Təcili Tibbi Yardım briqadası yollanıb

Səhiyyə Nazirliyi Bakı-Sumqayıt yolunda "Ekologiya postu" kimi tanınan ərazinin yaxınlığında olan tikinti materialları bazarında olan yanğınla bağlı son vəziyyəti açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə yerinə çağırış saat 08:18-də daxil olub: "Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib".

Bütün xəbərlər Facebook səhifəmizdə