“Mələk” tammetrajlı bədii filmi nümayiş olunub YENİLƏNİR

Bu gün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və YAP Gənclər Birliyinin dəstəyi ilə gənc prodüsser Kənan Fərzəliyevin işçi qrupu ilə birgə ərsəyə gətirdiyi “Mələk” tammetrajlı bədii filmi nümayiş olunub. SİA-nın verdiyi məlumata görə, nümayişdə tanınmış incəsənət xadimləri, hökumət və media nümayəndələri, YAP Gənclər Birliyinin üzvləri iştirak edib.

Qeyd edək ki, filmin nümayişi “Qadın zorakılığına qarşı 16 günlük kampaniya” (25 noyabr - 10 dekabr) çərçivəsində keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...