İtaliya mətbuatı dünya dini liderlərinin II Sammitindən yazdı

Noyabrın 14-15-də Bakı şəhərində keçirilən Dünya dini liderlərinin II Sammitində iştirak edən İtaliyada fəaliyyət göstərən “Qordi düyünü” beyin mərkəzinin mətbuat və informasiya departamentinin rəhbəri Luiji Kapoqrosso tədbir barədə məqalə dərc etdirib. SİA xəbər verir ki, beyin mərkəzinin elmi-araşdırma jurnalında dərc olunan və “Bakı: din-münaqişə yox, dialoq aləti kimi” adlı məqalədə müəllif Bakıda keçirilmiş tədbirin dünyəvi əhəmiyyətindən bəhs edir.

Məqalədə deyilir: “Azərbaycan qədim zamanlardan müxtəlif dövrlərdə müxtəlif dinləri özündə ehtiva edən tolerantlıq və dinclik simvolu olaraq belə bir tədbirə ev sahibliyi etmək haqqına sahibdir. Dünya dini liderlərinin II Sammitində iştirak edən müsəlmanlar, katoliklər, pravoslavlar, buddistlər, yəhudilər, taoistlər bir araya gələrək dünyaya sülh mesajı verdilər”.

Məqalədə müəllif, həmçinin Azərbaycan və İtaliya arasındakı əlaqələrin hazırkı vəziyyəti barədə də məmnunluğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə