Roland Kobia ADU-da “Şərq əməkdaşlığı və Avropa Birliyi-Azərbaycan münasibətlərinin vəziyyəti” mövzusunda çıxış edib
Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına muzey-lektoriyasında Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Roland Kobia "Şərq əməkdaşlığı və Avropa Birliyi-Azərbaycan münasibətlərinin vəziyyəti" mövzusunda təqdimatla çıxış edib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, Beynəlxalq münasibətlər kafedrasının müdiri Samir Həmidov və beynəlxalq münasibətlər fakültəsinin 4-cü kurs tələbələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Məcid Əliyev Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri R. Kobianı tədbir iştirakçılarına təqdim edib.
İştirakçıları salamlayan R.Kobia Avropa Birliyinin yaranma tarixindən, Avropa Birliyi -Azərbaycan münasibətlərindən, eləcə də Şərq əməkdaşlığından geniş şəkildə danışıb. O, həmçinin bu birliyə daxil olan ölkələrin sayının getdikcə artmasından söz açıb. Nümayəndəliyin rəhbəri Avropa Birliyinin dünyada ilk inkişaf edən iqtisadi təşkilat olduğuna toxunaraq, AB-də 23 rəsmi dilin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Avropa Birliyi ilə keçmiş SSRİ arasında bir sıra fərqlərin olduğunu vurğulayıb. Kobianın dediyinə görə, Avropa Birliyində üzv dövlətlərin könüllü iştirakı, bərabər əsasda bütün üzvlərin qərar qəbul etməsi, tam şəffaf iştirak sistemi vardır ki, bunların heç biri SSRİ-də olmayıb. AB-Azərbaycan əlaqələrinin tarixinin 1990-cı illərdən başlandığını deyən səfir əlaqələrin daha da genişlənməsindən danışıb. Bundan əlavə, Şərq əməkdaşlığına toxunan R.Kobia bu əməkdaşlığın demokratiya, insan hüquqları, yaxşı idarəetmə, bazar iqtisadiyyatı üzərində qurulduğunu qeyd edib.
Tədbirin sonunda qonaq müəllim-tələbə heyətini maraqlandıran suallara cavab verib. Xatırladaq ki, AB Komissiyasının başçısı Xose Manual Barrosonun Azərbaycana sonuncu səfəri zamanı Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi haqqında fikir mübadilələri aparılıb. Onu da bildirək ki, Avropa Birliyinin nümayəndəliyi Azərbaycanda 2008-ci ildən bəri fəaliyyət göstərir və bir neçə müəssisədə çoxlu təqdimatlar keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB