Suraxanıda bələdiyyə seçkiləri ilə əlaqədar qadın seçicilərlə görüş keçirilib

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov rayon təşkilatı tərəfindən görülən işlər barədə geniş məlumat verib bələdiyyə seçkilərinin mühüm əhəmiyyətini qeyd edib, eyni zamanda, Ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin nəticəsi olaraq, qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artmaqda olduğunu qeyd edib.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxışında, Azərbaycanda ötən dövr ərzində, bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də qadınların rolunun əvəzsiz olduğunu qeyd edib və qarşıdan gələn bələdiyyə seçkilərində qadın namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirmiş və Yeni Azərbaycan Partiyası namizədlərə uğurlar arzulamışdır.

Daha sonra YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədri Zəkiyyə Musayeva çıxış edərək, respublikamızda dövlət-qadın siyasəti, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələrin ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, bunun nəticəsi olaraq, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də layiqli qadın namizədlərin sayının kifayət qədər çox olduğunu və bu yöndə YAP Suraxanı rayon təşkilatı qadınlar şurası üzvlərinin də yaxından iştirak etdiklərini nəzərə çatdırmışdır.

Görüşdə Qaraçuxur qəsəbə sakini, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş, milli qəhrəman Cavanşir Rəhimovun anası Lalə xanım, Hövsan qəsəbə sakini, 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət xanım, bələdiyyəyə namizəd Cəmilə Ağayeva, gənc seçicilər adından Yaqut Ağayeva Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və ölkə Prezidenti, partiyanın Sədri İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verildiyini vurğulamış, bütün bunların da xalqımızın partiyamızın namizədlərini dəstəkləyəcəyinə təminat verdiyini qeyd etmişlər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...