Rabitəçilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Dekabrın 6-sı Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı günü münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra rabitəçilər Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər, məzarları önünə tər çiçəklər düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə