“AtaSığorta”nın kollektivi Mərdəkanda 300-dən çox ağac əkib

Dekabrın 6-da “AtaSığorta” ASC növbəti ağacəkmə aksiyası keçirib. ASC-dən SİA-ya bildirilib ki, şirkətin əməkdaşları Mərdəkan ərazisində 300-dən çox müxtəlif növ ağac əkib. Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Bir gündə 650 min ağac əkək” kampaniyası keçirilir və aksiya respublikanın bütün regionlarını əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...