Qubada ağacəkmə aksiyası - FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qubalılar da töhfəsini verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, rayonda 26 inzibati ərazi dairəsi üzrə ayrılmış ərazilərdə minlərlə ağac tingi əkilib.

Ağacların əkiləcəyi ərazilərdə əvvəlcədən şum aparılıb, arxlar çəkilib, çalalar qazılıb və sahələr gübrə verilərək əkinə hazırlanıb. Bu gün isə rayon sakinləri, eləcə də Quba rayon rəhbərliyi, bütün idarə, təşkilat və müəssisələrin əməkdaşları böyük coşqu ilə ağacəkmə kampaniyasını həyata keçiriblər.

Bu genişmiqyaslı kampaniya Azərbaycan şairi İmaməddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi və təbliği ilə yanaşı, həm də ekoloji mühitin qorunması baxımından olduqca əhəmiyyətlidir.

Dekabrın 6-da Quba ilə yanaşı Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında da genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...