Sumqayıtda yüksək dövlət mükafatları təqdim olunub - FOTOLAR

Sumqayıtda yüksək dövlət mükafatları təqdim olunub. SİA-nın verdiyi məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyətin başçısı Zakir Fərəcov təltif olunanlara dövlət mükafatlarını təqdim edib.

Çıxış edənlər Prezident İlham Əliyevin Sumqayıtın yubileyində iştirakı ilə zəhmətsevər sumqayıtlılara göstərdiyi diqqəti yüksək qiymətləndirib və minnətdarlıqlarını bildiriblər.

Təltif olunanları və bütün sumqayıtlıları yubiley münasibətilə təbrik edən Zakir Fərəcov Sumqayıtın inkişafının daim Prezident İlham Əliyevin diqqətində olduğunu vurğulayıb. Bildirib ki, bu gün dövlət başçısının xüsusi diqqəti və qayğısı ilə əhatə olunan Sumqayıt yüksələn xətlə inkişaf edir, müasir sənaye mərkəzinə çevrilib. Son zamanlar şəhərdə tamamilə yeni infrastruktur yaradılıb, bir sıra sosialyönümlü obyektlər istifadəyə verilib. Z.Fərəcov Sumqayıt şəhərində həyata keçirilən layihələrə nəzər salıb, perspektiv planlardan danışıb.

Vurğulanıb ki, muğam Azərbaycanın milli sərvətidir: “Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillə bağlıdır. Məhz Birinci vitse-prezident, Heydər Əliyev Fondunu prezidenti Mehriban xanım Əliyevan müstəsna xidmətləri nəticəsində ölkəmizdə və onun hüdudlarından kənarda muğamın təbliğinə dövlət səviyyəsində yüksək diqqət göstərilir. Bu baxımdan son dövrlərdə yaradılan Muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var”.

Sonra tanınmış xanəndələrin ifasında muğam səsləndirilib.

Qeyd edək ki, inşasına bu ilin mayında başlanılan Mərkəzin binası ikimərtəbəlidir. Burada konfrans zalı, qrim, məşq, rejissor otaqları yaradılıb. Sinif otaqlarının hamısı zəruri avadanlıqla təchiz edilib. Tamaşaçı tutumu 400 nəfər olan konsert zalında müxtəlif mədəni tədbirlərin, o cümlədən muğam gecələrinin keçirilməsi üçün hər cür şərait var. Sinif otaqlarında isə muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə