Türkiyə qəzetləri Azərbaycandakı islahatlardan yazır

Türkiyənin “Yeşil İğdır” və “15 Temmuz” qəzetləri, eləcə də www.igdirhaber.com və www.azerhaber.net xəbər portalları “Prezident Əliyev Azərbaycandakı islahatları sağlam siyasi iradə ilə həyata keçirir” sərlövhəli məqalə yayıb. AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu məqalədə qeyd edilir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxistiqamətli dinamik inkişaf mərhələsindədir. Əslində Azərbaycanda islahatlar həmişə davamlı olaraq aparılıb. Hazırkı mərhələdə həyata keçirilən islahatlar ölkənin inkişafı ilə bağlı zərurətdən irəli gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə