Övladlığa götürmədə yeni metodun ÜSTÜNLÜKLƏRİ RƏY-ÖZƏL

Övladlığa götürmədə yeni metodun ÜSTÜNLÜKLƏRİ RƏY-ÖZƏL

“Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər aparılıb və bu sahədə yeni idarəetmə modeli hazırlanıb. Bu modelin bir sıra üstünlükləri mövcuddur”. SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığagötürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov deyib.

O bildirib ki, yeni modeldə vahid elektron uçotunun aparılması nəzərdə tutulub: “Həm valideyn himayəsindən məhrum olan uşaqların, həm övladlığa uşaq götürmək istəyən namizədlərin, həm övladlığa götürülən uşaqların vahid elektron uçotu aparılır. Bununla yanaşı, övladlığa götürmənin bir neçə mərhələli şəkildə aparılması nəzərdə tutulur. Burada məqsəd şəffaflığın, obyektivliyin təmin edilməsi, məmur-vətəndaş əlaqəsinin aradan qaldırılmasından ibarətdir”.

Onun sözlərinə görə, ümumilikdə yeni model əsasında qanunvericilik aktlarının dəyişikliklər hazırlanaraq Milli Məclis tərəfindən Ailə Məcəlləsi, Mülki Prosesual, Mülki Məcəlləyə o cümlədən də Uşaq Hüquqları və digər qanunlara edilən dəyişiklikdə öz əksini tapıb: “ Sözügedən qanunlar artıq parlament tərəfindən III oxunuşda qəbul edilib. Biz yaxın vaxtlarda həmin sərəncamların təsdiqlənməsini gözləyirik”.

F. Ələkbərov qeyd edib ki, artıq noyabrın 1-dən övladlığa götürmə rəsmi olaraq Əmək və Əhalinin Sosal Müdafisi Nazirliyinə keçib: “DOST Agentliyinin I saylı “DOST” Mərkəzinə bununla bağlı 120 müraciət daxil olub. Burada yaxın qohumlar, əcnəbilər, vətəndaşlığı olmayan şəxslərin müraciətlərini görmək mümkündür. Eyni zamanda nazirliyin özünə də bu haqda müraciətlər daxil olub. Biz müracətləri qəbuıl edir, yeni qanunvericiliyin tələbləri, prosedurlar haqqında məlumat veririk”.

Şöbə müdiri vurğulayıb ki, qanunvericilk təsdiqləndikdən sonra övladlığa götürmə ilə bağlı prosedura başlanılacaq: “Vətəndaşlardan tələb olunan sənədlərin əksəriyyəti dövlət qurumlarının informasiya sistemindən əldə olunacaq. Bu baxımdan vətəndaşlar ayrı-yarı qurumlara getməyəcək, əlavə vaxt sərfiyyatına imkan verilməyəcək. Yeganə tələb olunan məsələ övlad götürmək istəyən şəxslər şəxsi kabinet sistemi yaratmaqla, müvafiq bölmələri doldurmaq, istəklərini yazmaqla müraciət edəcəklər. Müraciət forması optimallaşdırılaraq, sadələşdirilib ki, hər kəs övladlığa götürmək üçün müraciət edə bilsin”.

Valideyn namizədlərin uçota alındıqdan sonra müashibə mərhələsi həyata keçiriləcək. 10 gün ərzində “DOST” Agentliyinin sosial işçiləri tərəfindən namizdələrin evində müsahibələr təşkil olunacaq. Müsahibələr 2 formada aparılacaq. Birincidə valideyn namizədlərin münasibəti, motivləri, uşağa uyğunluğu baxımından mənzil şəraiti yoxlanılacaq. Bu, sosial işçimizin tərtib etdiyi akt əsasında rəsmiləşdiriləcək. Burada məqsəd uşaqlar üçün münbit və əlverişli şəraitin olub-olmadığını yoxlamaqdır. Bu məlumatlara əsasən valideyn namizədlərin ikinci müsahibə mərhələsinə keçidi müəyyənləşəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə