"Azərbaycan Qazaxıstan üçün Qafqaz regionunda strateji tərəfdaşdır"

"Azərbaycan Qazaxıstan üçün Qafqaz regionunda strateji tərəfdaşdır"

Qazaxıstan ilə Azərbaycan arasında dostluq əlaqələri tarixi köklərə malikdir. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Ölkəmizin birinci Prezidenti Nursultan Nazarbayevin qeyd etdiyi kimi, Azərbaycan Qazaxıstan üçün Qafqaz regionunda strateji tərəfdaşdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qazaxıstan Dövlət Tarix İnstitutunun direktoru, professor Burkitbay Ayaqan bildirib. Direktor qeyd edib ki, MDB və türkdilli dövlət başçılarının görüşündə Nursultan Nazarbayev dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasına dair beynəlxalq normalara riayət olunmasına əsaslanan mövqeni bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə