Ağcabədidə ilk dəfə səs verən gənclərlə görüş keçirilib

Ağcabədidə ilk dəfə səs verən gənclərlə görüş keçirilib

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatı və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə YAP Ağcabədi rayon təşkilatında ilk dəfə səs verəcək rayon gənclərilə görüş keçirilib.

Görüşü YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq, ilk dəfə səs verəcək gəncləri təbrik edib: "Siz ölkədə keçirilən bələdiyyə seçkilərində Müstəqil Azərbaycan Respublikasının vətəndaşı kimi ilk dəfə səs verəcəksiniz. Bu, o deməkdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq seçki hüquqlarınızdan istifadə edəcəksiniz.

Hazırda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən ölkədə bütün sahələrdə köklü islahatlar aparılır, yeniləşmə həyata keçirilir və kadr islahatları aparılır. Bu gün bütün sahələrdə gənclərə böyük önəm verilir. Hər bir gənc ölkədə baş verən ictimai-siyasi proseslərdə fəal iştirak etməli, onun inkişafı üçün öz töhfələrini verməlidir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, müstəqilliyi əldə etmək çətindirsə, onu qoruyub saxlamaq daha çətindir. Ona görə də, gənclərin devizi ölkəmizin müstəqilliyinin qorunması, onun daha da inkişaf etməsi və layiqli vətəndaş kimi vətənə xidmət etmək olmalıdır".

Tədbirdə Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək, ilk dəfə səs verəcək gənclərə səsvermə proseduru və səsvermə barədə maarifləndirici məlumat verib.

Tədbirdə 82 saylı Ağcabədi Dairə Seçki Komissiyasının katibi Sadiq Həsənov çıxış edərək, 18 yaşı tamam olmuş gəncləri yaşadıqları ərazilərdə fəaliyyət göstərən seçki məntəqələrinə gedərək, adlarının seçici siyahılarında qabaqcadan yoxlamağı tövsiyə edib və 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak etməyə səsləyib.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə