Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sədri seçilib. SİA-nın məlumatıma görə, bu, İƏT kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən 6-cı iclası zamanı baş verib.
Bundan başqa, iclas zamanı kənd təsərrüfatı ilə bağlı Bakı bəyannaməsi və İƏT kənd təsərrüfatı nazirlərinin 6-cı iclasının hesabatı qəbul edilib.
"Azərbaycan kənd təsərrüfatına dövlət dəstəyi sahəsində dünyada aparıcı ölkələrdən biridir". SİA-nın verdiyi məlumata görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrinin kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasında deyib.
Nazir bildirib ki, Azərbaycan hökuməti kənd təsərrüfatı sektorunun investisiyalar üçün cəlbediciliyini artırmaq üçün çoxlu səy göstərir.
İ.Kərimovun sözlərinə görə, Azərbaycanda əlverişli investisiya mühiti var, ölkəni ticarət sahəsində əlaqələri inkişaf edir. O əlavə edib ki, 2018-ci ildə Azərbaycanın İƏT üzv ölkələri ilə ticarət dövriyyəsi dörd milyard dollardan çox olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB