YAP Biləsuvar rayon təşkilatının seçiciilərlə növbəti görüşü olub
23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Biləsuvar rayon şöbəsi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verib.
"Xalq üçün" devizi ilə təbliğat-təşviqat kampaniyasına uğurla başlayan YAP Biləsuvar rayon təşkilatının seçki qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar rayonun Ağalıkənd və Ovçubərə kəndlərində seçicilərlə görüşdə rayon təşkilatı Seçki Qərargahının üzvü Əjdər Niftiyev çıxış edərək, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial və iqtisadi islahatlardan söhbət açıb. Bildirib ki, qarşıdakı növbəti bələdiyyə seçkilərində YAP tərəfindən 219 namizəd irəli sürülüb: "Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizdə keçirilən bütün seçkilərdə qələbə qazanıb. 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər çoxluq təşkil edərək, seçicilər tərəfindən dəstəklənəcək".
Görüşdə çıxış edən Ağalıkənd kənd sakini Səmədulla Ağayev, Nəriman Cəfərov, Ovçubərə kənd sakinləri Əbülfət Nağıyev, İltifat Əliyev və digərləri Yeni Azəbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəklərini bildiriblər.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB