Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində qeydə alınan namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytında yerləşdirilib. SİA-nın verdiyi məlumata görə, dərc olunan siyahıda 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə qeydə alınan 41 800-dək namizədin adı var. Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB